“Problemi yaradan dövlətlər COP29-da aktiv görünmür” – Osman Gündüzbackend

"Problemi yaradan dövlətlər COP29-da aktiv görünmür" - Osman Gündüz

Məlum olduğu kimi, dünəndan Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Tədbirdən gözləntilər böyükdür.

KONKRET.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Sammitlə bağlı gözləntilərini bölüşüb.

O, problemin necə həll olunması ilə bağlı düşüncələrini ifadə edib:

“İqlim dəyişikliklərindən, ekoloji tarazlığın pozulmasından dolayı bəşəriyyəti narahat edən, xüsusən də kasıb ölkələr üçün yaşayış və inkişafla bağlı ciddi problemlər yaranıb. Amma burada bir ədalətsizlik də var. Problemi yaradan daha çox zəngin, inkişaf etmiş, nəhəng zavod və fabriklər qurmuş ölkələrdir. Heç bir zavod fabriki olmayan, istixana qazı buraxmayan bir ölkənin bu problemə rolu minimaldır. Bəs indi bu problemi kim həll etməlidir, onu yaradan, yoxsa hamı, əgər hamı etməlidirsə bu problemin həlli üçün ayrıalan resursların nisbəti necə olmalıdır, yəni kim daha çox pul, texnologiya, resurslar qoymalıdır? Məhz 30 ildir ki BMT bunu həll etmək məqsədilə COP müzakirələri aparır. 29-cunu da bizdə keçirilik. Əslində, görünən odur ki, inkişaf etmiş ölkələr problemin həlli üçün daha çox öhdəlik götürməlidir və yatırım etməlidir. Yəni burada bir diferensiallaşma olmalıdır. Az ziyan vurmusansa, problemin həllinə də az resurs ayıracaqsan, çox ziyan vurmusansa, daha çox pul ayırlamlısan. BMT-nin ötən illərdə bu tip müzakirələrində qərarlar olub ki inkişaf etmiş ölkələr hər il 100 milyarddan çox vəsaiti bu problemin həllinə yönəlməlidir. Bu məqsədlə COP28-də BMT-nin İtki və Zərərə Cavab Fondu da yaradılıb. Lakin problemin həlli, iqlim dəyişikliyi ilə yaranan mənfi təsirlərin neytarllaşdırılması və adaptasiya üçün tələbatın daha çox, trilyon dollarla olduğu bildirilir”.

Ekspert COP29-dan gözləntinin nə olduğunu açıqlayıb:

“COP29-dan gözlənti odur ki, problemin həlli üçün ölkələr məhz bu Fonda nə qədər vəsaitlər köçürəcəklərini bildirəcəklər? Ölkələr fəsadların aradan qaldırılması, zərərli qazların məhdudlaşdırılması üçün hansı mexanizmlər təqdim edəcəklər, bu dataya nəzarət üçün şəffaf mexanizmlər olacaqmı, cəmiyyət buna nəzarət edə bilbəckmi? Yaşıl iqtisadiyyat üçün, rəqəmsal transfromasiyalar üçün nə qədər vəsaitlər ayrılacaq? Problemin həlli üçün COP29 ədalətli mexanizmlər tapacaqmı, yeni maliyyə mənbələri olacaqmı? İqlim dəyişikliyindən zərər çəkən kasıb ölkələrin adaptasiyası necə olacaq, onlara hansı köməkliklər olunacaq? COP29 iqlim dəyişiklikləri ilə bağlı qlobal problem daha da ciddiləşdiyi bir ərəfədə keçirilr. Azərbaycan iqlim dəyişikliklləri ilə bağlı problemin həllinə töhfə vermək üçün, maraqlı tərəflərin iştirakı üçün hər bir şərait yaradaraq, BMT standartlarına cavab verən növbəti COP29 müzakirələrini təşkil edib. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı əsasən neft-qaz infrasturkturuna söykənib, bununla belə ölkəmiz qeyd olunan qlobal problemin üzərinə gedərək, onun həlli üçün töhfə verməkdən çəkinmir, 70 minlik də bir müzakirə platfroması yaradır. Əlbəttə şərait yaratmaq, müzakirə üçün platforma təqdim etmək yuxarıda qeyd olunan problemin həlli demək deyil. Hələlik görünən odur ki, problemi yaradan ölkələr onun həllində elə də aktiv görsənmirlər. Min cür bəhanələrlə müzakirələrə qatılmaq istəmirlər. Belə bir problemin həllinə bəzi ölkələrin qısqanclıq səviyyəsində hərəkətləri isə ümumiyyətlə anlaşılmazdır. Düşünürəm ki, COP29-un problemin həlli istiqamətindəki uğuru məhz ölkələrin yuxarıda qeyd olunan suallara verdiyi cavablardan, dünyadakı indiki mürəkkəb şəraitdə ölkələrin bu problemin həllinə nə qədər resurslar ayırmasınadan daha çox asılı olacaq”.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*