Atamın vəziyyətində, çox təəssüf, heç bir dəyişiklik yoxdur.
KONKRET.az xəbər verir ki, bunu Teleqraf-a professor Nizaməddin Şəmsizadənin qızı Ayfər Nizaməddinqızı deyib.
O bildirib ki, professor 36 gündür xəstəxanadadır və eyni vəziyyətdədir:
“Başda TƏBİB olmaqla həkimlərimizin hər biri sağ olsunlar, əllərindən gələn, lazım olan hər şeyi ən yüksək səviyyədə edirlər. Hazırda koma vəziyyətində, süni tənəffüs aparatındadır. Yalnız gözləmək lazımdır, bir də dua etmək, başqa heç nə…”.