Professordan sensasiyalı açıqlama: “Müəllimi qəsdən hörmətdən salırlar”backend

Professordan sensasiyalı açıqlama: “Müəllimi qəsdən hörmətdən salırlar”

Hər gün təhsil ekspertləri, o cümlədən Şahlar Əsgərov problemli məsələlərlə bağlı müzakirə aparır, açıqlamalar verir. Sosial şəbəkələrdəki diskusiyalarda həmkarları Şahlar Əsgərov konkret irad tuturlar: “2 il Təhsil Nazirliyində İctimai Şuranın sədri olanda problemləri niyə dilə gətirmirdi?”

KONKRET.az-a açıqlamasında Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, təhsil strateji sahədir və o, cəmiyyətə tam açıq olmalıdır:

“Lakin elə mövzular var ki, “el bizim, sirr bizim” olmalıdır. Təhsil geosiyasətdir, sonrada kiminsə sirdən istifadə etməsinə imkan verə bilmərik. Bizi əhatə edən dövlətlərin çiçəklənməyimizi arzuladığına inanırsınız? Təbii ki, yox. Çünki onların içərisində düşmənimizə silah satan dövlətlər də var. Əgər elədirsə, onlar daxildən bizi nəylə vurmalıdırlar?! Onlar təhsilimizi zəiflətməklə, dövlət-vətəndaş arasında münasibəti korlamaqla, öz niyyətlərinə çatırlar”.

Ş.Əsgərov qeyd edib ki, iradlara əhəmiyyət vermir:

“Axı onlar nə bilirlər mən sədr olanda nə etmişəm. Həmin iradlar havaya atılmış güllədir. Hər deyilən sözə fikir vermirəm.

Təhsili aşağı salmaq üçün müəllimi qəsdən hörmətdən salırlar. Mənim sözümdən o çıxmır ki, xətası olana cəza verilməsin. Əlbəttə, xətası olan cəzalanmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*