backend

Prokurorluq Bakıda 16 yaşlı yeniyetmənin ölümü ilə bağlı MƏLUMAT YAYDI

Fevralın 21-də saat 12 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində 2005-ci il təvəllüdlü İsmayıl Muradovun ölməsi, 2008-ci il təvəllüdlü Uğur Qəhrəmanovun isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*