Fransanın Baş Prokurorluğu keçmiş prezident Nikola Sarkoziyə 3 il şərti həbs cəzası istəyib.
KONKRET.az xəbər verir ki, bu barədə France 24 telekanalı məlumat yayıb.
Dekabrın 5-də telefon danışıqlarının “dinlənməsi” işi üzrə müraciətə baxılmasına başlanılıb. Eks-prezident korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir, birinci instansiya məhkəməsi onu 1 il müddətinə azadlıqdan məhrum edib. İş üzrə müttəhimlər arasında vəkil Thierry Erzog və Kassasiya Məhkəməsinin keçmiş yüksək vəzifəli məmuru Gilbert Aziber də var.
Mart ayında Parisdə 2012-ci ildə keçmiş Fransa lideri Nikola Sarkozinin prezidentlik kampaniyasının qanunsuz maliyyələşdirilməsi işi üzrə məhkəmə keçirilib. Müstəntiqlərin fikrincə, sabiq dövlət başçısının “Respublikaçılar” partiyasındakı və Bigmalion rabitə agentliyindəki şərikləri seçki kampaniyası üçün maksimum xərclərin aşılması faktlarını gizlətmək üçün hesabları saxtalaşdırıblar.