PSJ ingilislərlə bacarmadı – Çempionlar Liqasıbackend

PSJ ingilislərlə bacarmadı - Çempionlar Liqası

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, Fransada PSJ ilə qarşılaşan İngiltərənin “Mançester Siti” komandası 2:1 hesablı əzmkar qələbə qazanıb.

Matçda hesabı meydan sahibləri açıblar. Markinyos 15-ci dəqiqədə komandasını önə çıxarıb. İlk hissə Paris təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 64-cü dəqiqədə Kevin De Bröyne, 7 dəqiqə sonra isə Riyad Mahrezin vurduğu qollarla hesabı öz xeyrinə dəyişib. 77-ci dəqiqədə PSJ-nin heyətdində İdrissa Geye qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, səfərdə qələbə qazanan “şəhərlilər” cavab matçı öncəsi böyük üstünlük əldə edib.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

23:00. PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə) – 1:2

Qollar: Markinyos, 15 – Kevin De Bröyne, 64, Riyad Mahrez, 71

Qırmızı vərəqə: İdrissa Geye, 77 (PSJ)

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda İngiltərənin digər klubu “Çelsi” İspaniyada “Real Madrid”lə heç-heçə edib – 1:1. Komandalar arasında cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*