PSJ Messiyə yeni müqavilə təklif edəcəkbackend

PSJ Messiyə yeni müqavilə təklif edəcək

Fransanın PSJ klubu futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edəcək.

KONKRET.az-ın “Goal.com”a istinadən məlumatına görə, Paris təmsilçisi Qətərdə keçirilən dünya çempionatından sonra Argentina millisinin kapitanı ilə rəsmi danışıqlara başlayacaq.

PSJ rəhbərliyi müqavilə müddəti mövsümün sonuna qədər olan 35 yaşlı ulduz hücumçunu daha iki il komandada saxlamağa çalışacaq. Messi təklifi müsbət cavablandırsa, sözləşməsi 2025-ci ilin yayınadək uzadılacaq.

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda İspaniya “Barselona”sından keçib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*