“Pulumu 3 qat artıq qaytarsa belə, onu bağışlamayacağam” – Müğənnibackend

“Pulumu 3 qat artıq qaytarsa belə, onu bağışlamayacağam” – Müğənni

“O, ailəmə şər atıb. Mən onu heç vaxt bağışlamaram”.

KONKRET.az Olay-a istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Cavanşir Məmmədov “Tarixin bir günü” verilişində keçmiş kürəkəni Mustafa Kemal İbil haqda açıqlamasında deyib.

Müğənni Mustafa Kemal İbilin ondan aldığı pulu 3 qat artıq qaytaracağı təqdirdə belə, onu bağışlamayacağını vurğulayıb.

Xatırladaq ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb.

M.Kemal İbili dələduzluqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*