backend

Putin Baydenin xüsusi nümayəndəsi ilə görüşdü - KRİTİK MÜZAKİRƏ

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenin İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşüb.

KONKRET.az Kremlə istinadən xəbər verir ki, Kerri Rusiyaya səfəri zamanı Putinlə telefon əlaqəsi saxlayıb və beynəlxalq iqlim dəyişikliyi gündəminin fərqli məqamlarını müzakirə edib.

Bildirilib ki, Putin Rusiyanın Paris Sazişinin hədəflərinə çatmasına böyük əhəmiyyət verir və bu sahədə siyasətdən kənar professional bir dialoqun tərəfdarıdır.

Bu çərçivədə Birləşmiş Millətlər Təşkilatının (BMT) 26-cı İqlim Dəyişikliyi Konfransına hazırlıq məsələlərinin gündəmə gəldiyi qeyd edilib. Ümumilikdə, iqlim problemlərinin Rusiya ilə ABŞ-ın ortaq maraqları və oxşar yanaşmalara sahib olduğu sahələrdən biri olduğu da qeyd edilib./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*