“Putin bizə başqa seçim qoymayıb” – Almaniya kanslerindən Kiyevə silah tədarükü ilə bağlı AÇIQLAMAbackend

"Putin bizə başqa seçim qoymayıb” – Almaniya kanslerindən Kiyevə silah tədarükü ilə bağlı AÇIQLAMA

“Berlinin Kiyevə silah tədarükü məsələsində seçim hüququ qalmayıb”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Almaniya Həmkarlar İttifaqları Assosiasiyasının konqresində çıxışı zaman deyib.

O bildirib ki, Rusiya Almaniyaya Kiyevə silah verməkdən başqa seçim qoymayıb:

“Putin bizə başqa seçim qoymur. Berlinin Kiyevə dəstəyi davam edəcək” – Şolz vurğulayıb.

Xatırladaq ki, Almaniyanın müdafiə naziri Kristina Lambrext aprelin 9-da çıxışı zamanı ölkəsinin bundan sonra çətin ki, Ukraynaya əlavə silah göndərə biləcəyi ilə bağlı çıxış etmişdi. O, bunu alman ordusunun özünün təhlükəsizliyini təmin edə bilməsi ilə əlaqələndirmişdi.

“Das Erste” qəzeti isə yazıb ki,  Almaniya yeddi ədəd “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusunu Ukraynaya təhvil verəcək. lakin əvvəlcə onları təmir etmək lazımdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*