Putin BRİKS taxıl birjasının yaradılmasını təklif edirbackend

Putin BRİKS taxıl birjasının yaradılmasını təklif edir

Rusiya gələcəkdə onu tamhüquqlu əmtəə birjasına çevirmək imkanı ilə BRİKS taxıl birjasının yaradılmasını təklif edir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən BRİKS-in 16-cı sammitinin  sessiyası zamanı deyib.

Bir sıra BRİKS ölkələri dünyanın ən böyük taxıl istehsalçıları sırasındadır. Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, bu, taxıl birjasına ərzaq məhsullarının ədalətli və proqnozlaşdırıla bilən göstəricilərini formalaşdırmağa kömək edəcək.

Putinin sözlərinə görə, bu, həm də Birliyə üzv dövlətlərin milli bazarlarını  xarici müdaxilələrdən qorumağa imkan verəcək:“Zaman keçdikcə biz taxıl birjasını tamhüquqlu əmtəə birjasına çevirmək barədə düşünə bilərik”, -deyə Putin bildirib.

Onun sözlərinə görə, bu, daha aktualdır, çünki BRİKS-ə üzv olan ölkələr enerji resurslarının çox böyük istehsalçıları və istehlakçılarıdır.Rusiya prezidenti əlavə edib ki, qiymətli metallar üçün ayrıca platformaların yaradılması məqsədəuyğundur, çünki bu bazarda müxtəlif maneələr var.

Vəli Həsənoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*