Putin bu fikiri ilə birbaşa Qərbi hədəfə aldı – BRİKS-dəki mesajın PƏRDƏARXASIbackend

Putin bu fikiri ilə birbaşa Qərbi hədəfə aldı - BRİKS-dəki mesajın PƏRDƏARXASI

Rusiya prezidenti Vladimir putin BRİKS sammitində bir sıra mesajlar verdi və açıq fikirlər səsləndirməklə diqqəti özünə çəkməyi bacardı. Putin Rusiyanı təhdid etməyin mənası olmadığını və Kremlin bundan yalnız ruhlandığını dilə gətirməkə verdiyi mesajlar isə daha çox müzakirə mövzusuna çevrilib.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Rusiya prezidentinin məlum açıqlaması ilk növbədə Qərbə qarşı yönəlib:

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

“Artıq 3 ilə yaxındır davam edən Ukrayna müharibəsində Qərbin bütün cəhdlərinə baxmayaraq Rusiya ciddi itkilərə rəğmən məğlub duruma düşməyib. Bu gün də savaşda təşəbbüs Rusiyanın tərəfindədir. Kazanda keçirilən tədbirlə Rusiya, o cümlədən prezident Putin faktiki olaraq izolyasiyadan çıxdı. Savaşın ilk dönəmlərində Rusiyanın hava məkanı qapanmışdı və Moskva heç bir beynəlxalq tədbirə dəvət edilmirdi. Hazırda vəziyyət ciddi şəkildə dəyişib. Bu da Vladimir Putinin aktivinə yazılacaq bir hadisədir. Rusiyaya bu gün hərbi cəhətdən dəstək verən ölkələr var. Belə ki, İran PUA və raketlərlə, Şimali Koreya artilleriya sistemləri və canlı qüvvə ilə yardım göstərir. Rusiya hələ də ayaqdadır, çünki onun iqtisadi və hərbi potensialı, insan resursu çox güclüdür. Putin həmin potensialı beynəlxalq səviyyədə aldığı dəstək və izolyasiyadan çıxması ilə daha da gücləndirir və bu cür açıqlama verir. Digər amil isə Rusiya cəmiyyətindəki əhval-ruhiyədir. əslində bu fikirləri rus mentaliteti Putinə söylətdirir. Çünki savaşda iştirak və verilən itkilər rus insanını o qədər də incitmir. Rusiya əhalisinin böyük əksəriyyəti Putinin Ukraynadakı müharibəsini dəstəkləyir. Bu da Kreml rəhbərinin məlum bəyanatı verməsinə səbəb olan faktorlardandır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*