Rusiya Prezidenti Vladimir Putin bu ilin payızında Qazaxıstana səfər edəcək.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev bildirib.
Onun sözlərinə görə, iyunun 24-də telefon danışığı zamanı dövlət başçılarının qarşıdan gələn səfəri müzakirə olunub:
“Biz hətta bu ilin payızında Rusiya prezidentinin Qazaxıstana gözlənilən səfərini də müzakirə etdik. Bu gün fürsətdən istifadə edərək, uzunmüddətli və davamlı strateji tərəfdaşlıq formatında Rusiya ilə çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı Qazaxıstanın prinsipial mövqeyini bir daha təsdiq edirəm”.
Qazaxıstan lideri qeyd edib ki, belə bir mövqe qazax xalqının maraqlarına tam cavab verir.
Xatırladaq ki, Kasım-Jomart Tokayev iyunun 24-də Vladimir Putinlə telefonla danışıb. Rusiya Prezidenti ölkədəki vəziyyət barədə Tokayevə məlumat verib.
İqbal Rzayev,
KONKRET.az