Putin bu üç dünya liderinin Milad bayramını TƏBRİK ETMƏYƏCƏK – ADLARbackend

Putin bu üç dünya liderinin Milad bayramını TƏBRİK ETMƏYƏCƏK - ADLAR

“Rusiya prezidenti Vladimir Putin yeni il münasibəti ilə dost olmayan ölkələrin liderlərini təbrik etməyəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib:

“Bizim həmkarlarımız özləri təbrik göndərmirlər. Əslində onlarla heç bir əlaqəmiz yoxdur və davamlı olaraq etdikləri qeyri-dost hərəkətlərini nəzərə alsaq, Putin onları təbrik etməyəcək”, – Peskov bildirib.

O, xüsusilə, Rusiya liderinin ABŞ prezidenti Co Baydenə, Almaniya kansleri Olaf Şolza və Fransa lideri Emmanuel Makrona təbrik göndərmək niyyətində olmadığını təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl Putin bir sıra dünya liderlərini Yeni il və Milad bayramı münasibətilə təbrik edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*