“Putin bunu heç vaxt bağışlamayacaq” – Zelenskibackend

"Putin bunu heç vaxt bağışlamayacaq" - Zelenski

“Ukraynada genişmiqyaslı müharibə davam edir və Putinin ordusu Avropaya gələ bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski CBS News telekanalına müsahibəsində deyib.

O bildirib ki, raketlər sabah istənilən dövlətə uça bilər:

“Putinin ordusu Avropaya gələ bilər. Ondan sonra ABŞ vətəndaşları, ABŞ əsgərləri Avropanı müdafiə etməli olacaqlar, çünki onlar NATO-nun üzvüdür”.

Zelenskinin sözlərinə görə, Rusiya lideri keçmiş Sovet İttifaqını öz imperiya şöhrətinə və coğrafi sərhədlərinə qaytarmaqda qətiyyətlidir:

“80-ci illər və 90-cı illərin sonu – Putin bunu heç vaxt bağışlamayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*