Putin çətin ki, güzəştə getsin – Şoltsbackend

Putin çətin ki, güzəştə getsin - Şolts

Almaniya Kansleri Olaf Şolts bundan sonra da Rusiya lideri Vladimir Putinlə dialoqu davam etdirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Putin Ukraynaya qarşı müharibədə çətin ki, güzəştlərə getsin. O, hərbi əməliyyatları davam etdirmək niyyətindədir.

“Hər dəfə Putinlə danışanda o, aydın şəkildə ehyam vurur ki, söhbət istilalardan gedir… O, Ukrayna ərazisinin bir hissəsini güc yolu ilə geri almaq istəyir” , – deyə Şolts vurğulayıb.

Kansler əlavə edib ki, Rusiya ordusunun sıralarındakı itkilər fonunda RF Prezidentinin bu mövqeyi qəribə görünür:

“Biz dəqiq nə qədər rusiyalı hərbi qulluqçunun həlak olduğunu bilmirik. Ola bilsin 100 min” – deyə Almaniya Prezidenti əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*