Putin dünyaya SÖZ VERDİ – Rusiya bunu edəcəkbackend

Putin dünyaya SÖZ VERDİ - Rusiya bunu edəcək

Rusiya prezidenti Vladimir Putin Ukraynadan ala bilmədikləri taxılı Afrika ölkələrinə kommersiya və ya qrant şəklində göndərə biləcəklərinə söz verib.

KONKRET.az xəbər verir ki, Putin 27-28 iyul tarixlərində Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika Sammiti ilə bağlı yazılı bəyanatında Rusiyanın taxıl sazişindən çıxmasının Afrika ölkələrinə mənfi təsir etməyəcəyinə qarantiya verib.

Kremlin saytında dərc olunan açıqlamada bildirilir:

“Rusiya Afrikaya taxıl, ərzaq məhsulları, gübrə və digər malların tədarükünü təmin etmək üçün səylərini davam etdirəcək”.

Putin ölkəsinin bu il rekord məhsul gözlədiyinə işarə edib:

“Sizi əmin etmək istəyirəm ki, ölkəmiz Ukrayna taxılını həm ticari, həm də pulsuz əvəz edə bilər”.

Qeyd edək ki, Moskva 2022-ci ilin iyulunda imzalanmış taxıl müqaviləsində Rusiya ilə bağlı şərtlərin yerinə yetirilmədiyini iddia edərək, sazişdən çıxıb. Ölkəsinin 2022-ci ildə Afrikaya 11,5 milyon ton taxıl göndərdiyini xatırladan Putin 2023-cü ilin ilk yarısında 10 milyon ton taxıl göndərdiyini bildirib.//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*