Rusiya prezidenti Vladimir Putin ruslara əcnəbilər üçün “surroqat analıq” almağı qadağan edən qanunu imzalayıb.
KONKRET.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan Putinin imzaladığı qanuna əsasən, ölkədə xarici vətəndaşlar və subay kişilər üçün surroqat analıq qadağan edilib.
Sözügedən qanuna əsasən, surroqat analıq xidmətindən yalnız evli Rusiya vətəndaşları və ya Rusiya vətəndaşı olmaları şərti ilə sağlamlıq problemlərinə görə uşaq sahibi ola bilməyən subay qadınlar faydalana bilər.
Bundan başqa, qanuna əsasən surroqat anadan doğulan uşaqlar Rusiya vətəndaşı sayılacaq.
Rusiya parlamentinin aşağı palatası Dövlət Duması dekabrın 8-də ruslara əcnəbilər üçün “surroqat analıq” almağı qadağan edən qanun layihəsini qəbul etmişdi.