Rusiya Müdafiə Nazirliyi Prezident Vladimir Putindən Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin mühasirəyə alındığı Krasnoarmeysk, Dimitrov və Kupyansk ərazilərinə xarici jurnalistlərin təhlükəsiz keçidini təmin etmək üçün təlimat alıb.
KONKRET.az xəbər verir ki, Rusiya komandanlığı onların girişini təmin etmək üçün hərbi əməliyyatları beş-altı saat müddətinə dayandırmağa hazırdır.
Nazirlik qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri komandanlığının xahişi ilə ukraynalı jurnalistlərə də oxşar imkan yaradılacaq.
Müdafiə Nazirliyi xarici medianın işlədiyi müddətdə jurnalistlərin və Rusiya hərbçilərinin təhlükəsizliyinə zəmanət verəcəyinə əmin edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
