Putin KTMT iclasında elə bir təklif etdi ki…backend

Putin KTMT iclasında elə bir təklif etdi ki...

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən KTMT sammitində təşkilata üzv ölkələrin ordularının müasir Rusiya silahları əsasında modernləşdirilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Putin Rusiya silahlarının real döyüşlərdə öz effektivliyini sübut etdiyini bildirib. O, müdafiə-sənaye kompleksində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq, Moskvanın KTMT-nin hərbi potensialının artırılması istiqamətində müttəfiqlərlə fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*