Putin Minskə getdi: Mühüm iclas başladıbackend

Putin Minskə getdi: Mühüm iclas başladı

Minsk şəhərindəki Müstəqillik Sarayında Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası başlayıb.

KONKRET.az xəbər verir ki, tədbirdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Qırğızıstan Prezidenti Sadır Japarov iştirak edirlər.

Ermənistanın Baş naziri Nikol Paşinyan görüşə videobağlantı vasitəsilə qatılıb.

Məhdud tərkibdə iclasdan sonra geniş tərkibdə görüşün keçirilməsi gözlənilir. Görüşdə müşahidəçi dövlətlər olan Kuba və Özbəkistanın, eləcə də qonaq ölkələrin – Monqolustan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndələri də iştirak edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*