KONKRET.AZ xarici mediaya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya-NATO münasibətlərini qiymətləndirib. Dövlət başçısı deyib ki, NATO-nun son illərdəki stereotip düşüncəsi sürətlə dəyişən dünyada qərar qəbul etmək üçün yaxşı vasitə deyil. NATO şablon düşüncəsiylə təsirli qərarlar qəbul edə bilməz”.
NATO-nun Sovet İttifaqına qarşı qurulduğunu söyləyən Putin bildirib ki, bu gün artıq Sovet İttifaqı yoxdur, ancaq NATO mövcud olmağa və irəliləməyə davam edir.
Putin qurulanda 12 üzvdən ibarət olan NATO-nun bu gün 29 üzvünün olduğunu bildirib. “NATO üzvü olan ölkələrin müdafiə xərcləri bütün dünyadakı müdafiə xərclərinin 70 faizinə bərabərdir”.
Rusiya Dövlət başçısı NATO-nun son illərdə geridə qaldığını söyləyib. “Terrorizm, silah nəzarəti və yerli silahlı münaqişələrə qarşı mübarizə də daxil olmaqla, NATO ilə əməkdaşlıq etmək istədiyimizi dəfələrlə bildirmişik. Lakin Rusiyanın maraqlarına qarşı hərəkət etdikləri üçün 2008-ci ildən bəri əməkdaşlığımızı mərhələli şəkildə dayandırmalı olduq”.