Putin nə vaxt peyvənd olunacağını AÇIQLADIbackend

Putin nə vaxt peyvənd olunacağını AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı hələ ki, peyvənd olunmadığını bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə bu gün keçirilən illik mətbuat konfransında açıqlama verib.

O həmçinin Rusiya istehsalı “Sputnik V” peyvəndinin koronavirusa qarşı effektivliyinin 97%-ə qədər çatdığını qeyd edib.

Hər kəsi mütəxəssislərin çağırışlarına diqqətlə yanaşmağa çağıran V. Putin qanunlara əməl edən biri kimi, lazım bilinən anda peyvənd olunacağını bildirib. 

Xatırladaq ki, Vladimir Putin bu ilin avqustunda ölkədə istehsal olunan koronavirus infeksiyasına qarşı vaksinin dünyada rəsmi olaraq qeydiyyatdan keçən ilk peyvənd olduğunu açıqlamış, üstəlik qızlarından birinin də peyvənd etdirdiyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*