Putin onun üçün ağlayan qızı Kremldə qəbul etdi – VİDEObackend

Putin onun üçün ağlayan qızı Kremldə qəbul etdi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Dərbənddə onunla görüşə bilmədiyinə görə ağlayan məktəbli qız Rəisət Akipovanı Kreml sarayında qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Rusiya 24” telekanalı məlumat yayıb.

Məktəbli ilə birlikdə onun valideynləri Əhməd və Kultum Akipovlar da dövlət başçısı ilə görüşüb.

“Mən Dərbənddən çıxıb Moskvaya çatanda mənə sənin ağladığın şəkli göstərdilər. Aydındır ki, meydanda dayanan hər kəslə danışa bilmərəm, amma yenə də sənin reaksiyan məni üzdü”, – Putin bildirib.

O əlavə edib ki, özü Moskvanı tərk edə bilmədiyi üçün qızı Moskvaya, Kremlə dəvət etmək qərarına gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*