Putin ordunun sayını 1,5 milyon nəfərə çatdırmağı ƏMR ETDİbackend

Putin ordunun sayını 1,5 milyon nəfərə çatdırmağı ƏMR ETDİ

Putin Rusiya ordusunun sayını 1,5 milyon nəfərə çatdırmağı əmr edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin komandanlarının müavinləri ilə Rusiya Prezidentinin silahlı qüvvələrinin sayının 1,5 milyon nəfərə çatdırılması qərarının icrası ilə bağlı müşavirə keçirib.

Rusiya vətəndaşları bunu yeni səfərbərlik dalqası olacağı ilə əlaqələndirirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayılan şayiələri təkzib edib və onların xaricdən gəldiyini bildirib.

“Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı şayiələr xaricdən süni şəkildə yayılır.

Ordunun 1,5 milyon nəfərə qədər artması Qərbin hərəkətləri ilə bağlıdır, Rusiyanın təhlükəsizliyi qeyd-şərtsiz təmin edilməlidir”, – Peskov deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*