“Qərb müharibə alovunu gücləndirir”.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Polşa Belarusdakı torpaqların bir hissəsini almaq istəyir.
“Belarusa hücum etmək Rusiyaya təcavüz kimi qiymətləndiriləcək, Moskva buna bütün mümkün vasitələrlə cavab verəcək”, – deyə Rusiya lideri bildirib.
Putin Qərbin silah ehtiyatlarının tükəndiyini deyib:
“Qərb silahlarının ehtiyatları tükənir, texnoloji imkanlar onları əvəzləməyə imkan vermir”.
İqbal Rzayev,
KONKRET.az