“Putin qlobal siyasi arenaya qayıtdı” – “The Guardian” yazırbackend

"Putin qlobal siyasi arenaya qayıtdı" - "The Guardian" yazır

“Qərb tərəfindən sıxışdırılan və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsinə order verilən Vladimr Putin 36 dünya liderini Moskvaya toplamaqla təcrid olunmadığını sübut etdi”.

KONKRET.az xəbər verir ki, bu barədə məqalə “The Guardian”da dərc olunub.

Qeyd olunub ki, BRİCKS sammitində İran, Hindistan, Çin də daxil olmaqla bir çox lider iştirak edir. Bildirilib ki, bu da Putinin qlobal siyasi arenaya qayıtdığının təzahürüdür.

Mənbə yazır ki, sammitin əsas məqsədlərindən biri də dollarla olan əməliyyatların sayını azaltmaqdır.

Nəşr bildirir ki, BMT Baş katibinin Kazana səfər etməsi Ukraynanın qəzəbinə səbəb olub.

Vurğulanıb ki, sammit 2022-ci ilin fevralından sonra Rusiyanın ev sahibliyi etdiyi ən böyük tədbirdir.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*