Putin: Rusiyada qadın çatışmazlığı varbackend

Putin: Rusiyada qadın çatışmazlığı var

Rusiya prezidenti Vladimir Putin ölkədə qadınların sayının kişilərlə müqayisədə az olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, sosial məsələlər üzrə keçirilən iclasda danışıb.

“Çünki statistikaya görə 10 qıza 9 oğlan düşür. Mən belə başa düşürəm ki, statistikamız dəyişib – indi bizdə qadın çatışmır,” – deyə Putin qeyd edib.

Prezidentin bu açıqlaması Rusiyada demoqrafik tarazlığın pozulması və cins nisbətindəki dəyişikliklərə dair müzakirələr fonunda səsləndirilib. Ekspertlər bunu ölkədəki ümumi sosial-iqtisadi və əhali problemləri ilə əlaqələndirirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*