Putin Rusiyanın rəqiblərini AXMAQ ADLANDIRDIbackend

Putin Rusiyanın rəqiblərini AXMAQ ADLANDIRDI

Prezident Putin Rusiyanın rəqiblərini axmaq adlandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyanın rəqiblərinə neokolonial ideyalarına görə “axmaq” deyib.

“Və qeyd etdiyim opponentlərimiz, neokolonial təfəkkürlü insanlar, əslində axmaqlar başa düşmürlər ki, bizi güclü edən məhz bu müxtəliflikdir. Boş yerə çalışdıqları effektə ümid edirlər”, – Putin bildirib.

Dövlət başçısı vurğulayıb ki, Rusiyanı onlarla kiçik dövlət qurumlarına bölmək çağırışları eqoist maraqlarla bağlıdır. O qeyd edib ki, ölkənin əleyhdarları onun ərazisini öz iradələrinə tabe etmək və istismar etmək istəyirlər və onların başqa məqsədləri yoxdur.

“Mən dedim ki, öz neokolonial ideyalarını rəhbər tutan insanlar axmaqdır və axmaqların yarışmasında ikinci yeri tutacaqlar. Niyə yalnız ikinci? Çünki onlar axmaqdırlar”, – deyə Putin vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*