Putin Tokayevə “Kemel Jormartoviç” dedi – Unudur, yoxsa alçaldır? + VİDEObackend

Putin Tokayevə “Kemel Jormartoviç” dedi - Unudur, yoxsa alçaldır? + VİDEO

Rusiya prezidenti Vladimir Putin bu gün KTMT-nin videokonfrans formatında keçirilən sammitindəki çıxışı zamanı Qazaxıstan prezidentinin adını səhv deyib.

KONKRET.az xəbər verir ki, Putin çıxışına Qazaxıstan xalqına başsağlığı verməklə başlayıb və bu zaman ölkə prezidenti Qasım-Jomart Tokayevi “Kemel Jomartoviç Tokayev” adlandırıb. (Əslində Qazaxıstan prezidentinin atasının adı Kemeldir, – red.)

Maraqlıdır ki, Putinin bu yanılmasına Qazaxıstan prezidentinin reaksiyası birbaşa efirdə yayılıb: Tokayev sifətinə anlaşılmazlıq ifadəsi verib, amma özünü elə göstərməyə çalışıb ki, heç nə olmayıb.

Jurnalistlər xatırladır ki, ötən ilin dekabrında keçirdiyi illik mətbuat konfransında Putin Qazaxıstanın indiki və keçmiş rəhbərləri haqda danışarkən Nazarbayevin ad, soyad və atasının adını tam deyib, Tokayevi isə sadəcə olaraq “yeni prezident” adlandırıb və onun nə adını, nə soyadını çəkməyib.

/virtualaz/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*