Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı münaqişənin dayandırılması üçün şərt irəli sürüb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Belə ki, Putin Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin bütün ərazisini tərk etməsi şərti ilə Zaporojya və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasını təklif edib.
Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə telefon danışıqlarında bu təklifi çatdırıb.