Putin üçün limuzin istehsal edən azərbaycanlı İSTEFA VERDİbackend

Putin üçün limuzin istehsal edən azərbaycanlı İSTEFA VERDİ

Azərbaycanlı iş adamı vəzifəsindən azad edib.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Adil Şirinov “Aurus” şirkətinin Baş direktoru vəzifəsindən istefa verib.

Vəzifədən ayrılan Adil Şirinovun yerinə Nikolay Xodoseviç “Aurus”un müvəqqəti baş direktoru oldu.

Adil Şirinov  iki ildən artıq idi ki,  Aurus-un baş direktoru vəzifəsini içra edirdi.
“Adil Şirinov 2021-ci ilin dekabrında “Aurus” şirkətinin baş direktoru kimi karyerasını başa vurub. Şirinov iki ildən artıq şirkətdə işlədikdən sonra “Aurus”un sənayeləşdirilməsi, tam miqyaslı yerli istehsalın yaradılması və işə salınması ilə bağlı qarşıya qoyulan vəzifələri, markanın seriyalı avtomobillərinin ilk istehsalı və  satışlarını uğurla yerinə yetirib. Hazırda Baş direktor vəzifəsini əvvəllər şirkətin icraçı direktoru vəzifəsini tutmuş Nikolay Xodoseviç icra edir”, – məlumatda deyilir.
Şirkət həmçinin qeyd edib ki, Şirinov öz istəyi ilə bu vəzifəni tərk edib və “UAZ” PSC və “Sollers Ford” BM-də işləyəcək. “Gələcəkdə şirkətin rəhbərliyinə yeni iştirakçının qoşulacağı istisna edilmir, onun strateji vəzifələrinə başqa məsələlərlə yanaşı, ixrac istiqamətinin inkişafı və xarici bazarlara genişlənməsi daxildir”, – avtomobil istehsalçısı bildirib.
Aurus limuzin, sedan, miniven və SUV təklif edən ilk rus lüks avtomobil markasıdır. Layihənin kod adı “Kortej” idi və Vadim Şvetsovun Sollers qrupunun və Birləşmiş Ərəb Əmirliklərinin Tawazun fondunun köməyi ilə NAMI dövlət institutu tərəfindən həyata keçirilir. Layihəyə dövlət investisiyaları 12,4 milyard rubl təşkil edib. Aurus-un səhmdarları FSUE NAMI (63,5%), Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə, Təhlükəsizlik və İnkişaf Fondu Tawazun (36%) və Sollersdir (0,5%).

Qeyd edək ki, Adil Şirinov 1964-cü ildə Bakıda anadan olub.

2004-cü ilin sentyabrında SOLLERS tərəfindən Kommersiya Direktoru vəzifəsinə işə qəbul edilib, 2006-cı ilin sentyabrında SOLLERS-ELABUGA MMC-nin baş direktoru vəzifəsinə təyin edilib. 2010-cu ilin fevral ayında o, həmçinin DC Turin-Auto MMC və SOLLERS-Naberejnıye Çelnı ASC-nin baş direktoru təyin edilib. 2010-cu ilin noyabr ayından “SEVERSTALAVTO-ISUZU” QSC-nin baş direktoru, “SOLLERS” ASC-nin kommersiya direktorudur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*