“Rusiya prezidenti Vladimir Putin infrastruktura zərbələr endirməklə ukraynalıları əzməyə çalışır, lakin buna nail ola bilməyəcək”.
KONKRET.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Entoni Blinken “Tviter”də yazıb.
“Prezident Putin Ukrayna xalqının iradəsini qırmaq, evləri və infrastrukturu dağıtmaq üçün yeni strategiyadan istifadə edib. Amma o, uğur qazana bilməyəcək. Biz lazım olduğu qədər Ukraynaya dəstək olacağıq.” Necə ki, indi də Ukrayna xalqına dəstəyik”- deyə o bildirib.