Putin və Lukaşenko görüşü başa çatdı – YENİLƏNİBbackend

Putin və Lukaşenko görüşü başa çatdı - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin və belaruslu həmkarı Aleksandr Lukaşenko arasında Kremldə 3 saatdan artıq davam edən görüş başa çatıb.

KONKRET.az bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

***

20:50 

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenkonun görüşü başlayıb.

KONKRET.az xəbər verir ki, Putin dəvətini qəbul edən Lukaşenkoya təşəkkürünü bildirib. O qeyd edib ki, bu dəvətdə məqsəd son illərdə İttifaq Dövlətinin qurulması ilə bağlı işləri yekunlaşdırmaq üçün müzakirələr aparmaqdır. Rusiya lideri uzun müddətdir bu istiqamətdə ekspert və hökumət səviyyəsində gərgin işlər aparıldığını bildirib.

Lukaşenko öz növbəsində həmkarlar ittifaqı proqramlarını müzakirə etməyə hazır olduğunu bildirib.

Putinlə Lukaşenkonun Əfqanıstandakı vəziyyəti də müzakirə edəcəkləri gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*