Putin və Makron arasında danışıq planlaşdırılmırbackend

Putin və Makron arasında danışıq planlaşdırılmır

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışıqları hələlik razılaşdırılmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əslində bu məsələ ilə bağlı konkret təkliflər olmayıb”, – Peskov bildirib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırdığını bildirib. O aydınlaşdırıb ki , bu mövzuda MAQATE rəhbəri Rafael Qrossi ilə danışıqlardan sonra nüvə enerjisi və Zaporojye AES ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır .

Noyabrın əvvəlində Fransa prezidenti qeyd etmişdi ki, Ukrayna münaqişəsi  Avropada həll edildikdən sonra yeni təhlükəsizlik arxitekturasının qurulması, eləcə də sabitliyin və silahlara nəzarətin bərpa edilməsi lazım gələcək.

Həmçinin Almaniyanın keçmiş kansleri Angela Merkel ümumavropa təhlükəsizlik arxitekturasının yaradılmasının zəruriliyindən danışıb . Onun sözlərinə görə, bütün dövlətlərə uyğun gələn təhlükəsizlik şərtlərinə nail olmaq lazımdır, hətta bu, “çox dözüm tələb etsə də”. Eyni zamanda Merkel Rusiyanın da bu prosesdə iştirak etməli olduğunu vurğulayıb .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*