Putin və Paşinyan arasında telefon danışığı baş tutdubackend

Putin və Paşinyan arasında telefon danışığı baş tutdu

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidenti baş naziri ad günü münasibətilə təbrik edib.

Paşinyan Putinə təbrikinə və həmçinin mayın 25-də baş vermiş daşqın nəticəsində Lori bölgəsində dağılmış dəmir yolu hissələrinin tezliklə bərpası ilə bağlı mayın 26-da Rusiya Dəmir Yollarına verdiyi göstərişə görə Rusiya Federasiyasının Prezidentinə təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*