Putin və Tramp görüş barədə razılığa gələ bilmədibackend

Putin və Tramp görüş barədə razılığa gələ bilmədi

Rusiya Prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp iyunun 4-də baş tutan telefon danışığı zamanı görüş barədə razılığa gələ bilməyiblər.

KONKRET.az report-a istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Görüş barədə razılaşma olmadı, dövlət başçıları görüşün vacib olduğunu başa düşür, lakin o, lazımi qaydada hazırlanmalı və belə hazırlığın ciddi nəticələri olmalıdır ki, bu nəticələr yüksək səviyyədə təsbit edilsin”, – Peskov jurnalistlərə bildirib.

Bununla yanaşı, o, iki prezident arasında danışığın konstruktiv mühitdə keçdiyini vurğulayıb.

Peskov əlavə edib ki, Putin və Tramp gündəlikdə mühüm rol oynayan bir çox məsələləri müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*