“Ukrayna Silahlı Qüvvələrində döyüşən belaruslu könüllülər də partizan hərəkatı yaradacaq”.
KONKRET.az xəbər verir ki, polşalı politoloq Marek Sierant əmindir ki, Belarus könüllülərinin hərbi dəstələri Belarus ərazisində partizan müharibəsinə tam hazırdır: “Əminəm ki, Belarus partizanları böyük uğurlar qazanacaqlar, çünki onlar hərəkət və manevrlər üçün son dərəcə əlverişli ərazidə fəaliyyət göstərəcəklər. Bundan başqa, Ukraynada müharibə başlayandan Belarus ərazisində ukraynayönlü qruplar fəaliyyət göstərir. 2022-ci ilin martında Lukaşenko Putinlə görüşdə Belarusa hücumun planlaşdırıldığı dörd istiqamətdən danışanda ölkənin ukraynapərəst partizanları artıq Moqilyov, Qomel və Minsk vilayətlərində dəmir yollarının siqnal avadanlıqlarını məhv etmiş və blokadaya salmışdılar. Beləliklə, Putin nəinki partizanlarla qarşılaşmalı, həm də Lukaşenko rejimini xilas etməli olacaq”.
Marek Sierant Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general-mayor Vadim Skibitskinin alman mətbuatına verdiyi müsahibədən sitat gətirib və Skibitskinin Putin və Priqojinin aradan qaldırılmasının yalnız ölkədə xaosa gətirib çıxaracağını vurğulayıb.
Sierant qeyd edib ki, “Bu vəziyyətdə ruslar birinci və ikinci çeçen müharibələrində olduğu kimi, sadəcə olaraq dayanmağa qərar verəcəklər. Rusiyanın qonşularını təhdid etməyə son qoyması üçün bu ölkədə hakimiyyət imperiya şüurundan tamamilə azad olmalıdır. Rusiyanın Ukraynada məğlubiyyəti təkcə Ukraynanın ərazi bütövlüyünün bərpası deyil, həm də rusların avtoritar rejimdən azad edilməsi və eyni zamanda, son iyirmi ildə Moskvanın Rusiya ilə qonşu olan ölkələrin də azad edilməsidir. Moskva dövlətlərə daim təzyiq göstərir, separatizmi himayə edir, vətəndaş müharibələrini qızışdırır, bəzən də işğal edir”.
Sevinc Paşayeva,
KONKRET.az