Rusiya Prezidenti Vladimir Putin Yeni il münasibətilə Ukrayna Prezidenti Vladimir Zelenski və Gürcüstan Prezidenti Salome Zurabişviliyə təbrik məktubu göndərməyib.
KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Kremlin saytında Ukrayna və Gürcüstanın dövlət başçılarının adları dərc olunmayıb.
Qeyd olunur ki, Rusiyanın ölkə başçısı 2019-cu il münasibətilə də bu ölkələrin prezidentlərini təbrik etməmişdi.