Putindən Ərdoğanın “dünya beşdən böyükdür” açıqlamasına MÜNASİBƏTbackend

Putindən Ərdoğanın “dünya beşdən böyükdür” açıqlamasına MÜNASİBƏT

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəşəriyyətin taleyinin hazırda İkinci Dünya Müharibəsini qazanan və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan məhdud saylı ölkələrdən asılı olduğu fikrinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Putin Valday Beynəlxalq Klubunun iclasının moderatorunun sualını cavablandırarkən Ərdoğanın bu cür açıqlamasının səbəblərini başa düşdüyünü söyləyib: “Görünür, o hesab edir ki, Türkiyə də Təhlükəsizlik Şurasının daimi üzvü ola bilər. Ancaq qərarı Rusiya vermir – bu cür məsələlərin həlli üçün qərar konsensus əsasında verilir.

Putin bir sıra ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısına daxil edilməsi məsələsinin qaldırılmasını ədalətli hesab etdiyini də söyləyib: “Burada fərqli həllər mümkündür”.

  • Garachanta
    Oktyabr 22, 2021 - 09:28

    Bu rus cındırı yenə bizi azdırmaq istəyir…Ərdoğan deyir ki dünyanın taleyini həll etmək üçün təhlükəsizlik şurasında 5 yox 15, 25, 35……və i.a dövlət olmalıdır və onlar BMT Baş Assambleysınada seçilməlidir….Sən cındır Putin kimi aldadırsan…demək istəyirsən ki 5 dövlət konsensusa gəlsə Türkiyə BMT TŞ-nın üzvü olacaq…Xeyr ay CINDIR,…Bu 5 dövlətin ağalığına tezliklə Baş Assambleya tezliklə qərar verəcək…və sizin kimi cındır dövlətlərin yerini gğstərəcək…..Cəhənnəmdə Görüşənədək!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*