Putindən İlham Əliyevə təbrik zəngibackend

Putindən İlham Əliyevə təbrik zəngi

Rusiya lideri Vladimir Putin dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

KONKRET.az xəbər verir ki, Vladimir Putin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*