“Orta və yaxınmənzilli raket sistemlərinin istehsalına başlamalıyıq”.
KONKRET.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə onlayn görüşü zamanı deyib.
Rusiya lideri ABŞ-nin dünyanın müxtəlif nöqtələrinə orta və yaxınmənzilli raket sistemləri yerləşdirdiyini qeyd edərək, həmin hücum sistemlərini istehsal etməyə başlamalı və lazım gələrsə, harada yerləşdirəcəklərinə qərar verməli olduğunu deyib:
“Bu raketləri istehsal etməyəcəyimizi açıqlamışdıq. Amma bu ABŞ həmin sistemləri dünyanın müəyyən bölgələrinə yerləşdirənə kimi belə idi.
Biz bilirik ki, ABŞ bu raket sistemlərini istehsal etməklə yanaşı, təlimlər üçün Avropaya, Danimarkaya da gətirir. Bu yaxınlarda onların Filippində də yerləşdirildiyi haqda məlumat aldıq”.
Qeyd edək ki, Ortamənzilli Nüvə Qüvvələri haqqında Müqavilə 1987-ci ildə ovaxtkı ABŞ Prezidenti Ronald Reyqan və Sovet İttifaqının lideri Mixail Qorbaçov arasında imzalanıb. Müqavilə bu raketlərin Avropada istifadəsini qadağan edir.
Lakin ABŞ-nin keçmiş Pezidenti Donald Tramp 2019-cu ildə Rusiyanın müqaviləni pozduğunu əsas gətirərək müqaviləni tərk edib.