Putindən Zelenskiyə şok mesaj: “Görüşə bilərik, amma…”backend

Putindən Zelenskiyə şok mesaj: “Görüşə bilərik, amma...”

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenski arasındakı görüş zamanı Krımın mülkiyyətçiliyinin müzakirəsi mümkün deyil.

KONKRET.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

Onun sözlərinə görə, belə bir məsələ bu görüşün keçirilmə ehtimalını azalda bilər.

Bundan əvvəl Zelenskinin mətbuat katibi Sergey Nikiforov Ukrayna liderinin Vladimir Putinlə görüş keçirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, danışıqlarda yalnız işğal olunmuş ərazilər məsələsi müzakirə oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*