Putini hakimiyyətdən yalnız bu qüvvə devirə bilər – SENSASİON AÇIQLAMAbackend

Putini hakimiyyətdən yalnız bu qüvvə devirə bilər – SENSASİON AÇIQLAMA

Səfərbərlik qərarından sonra Rusiyada etirazların başlaması, hətta ordu generalları səviyyəsində Kreml rəhbərinə qarşı nifrətin yaranması Putini çıxılmaz vəziyyətə salıb. Rusların döyüşmək istəməməsi və ölkədən qaçması, generalitet arasında Putinə qarşı etirazların baş qaldıracağı haqda xəbərlərin yayılması Rusiyada hakimiyyət çevrilişinin olacağı ehtimalını gücləndirir. Bəs görəsən prosesin bu cür davam etməsi fonunda Putinin hakimyyətdən devrilməsi mümkündürmü?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, Rusiyanın səfərbərlik qərarı yanlış addımdır: “Amma Moskvanın bundan başqa da çıxış yolunun olmadığı məlumdur. Çünki mövcud itkilərin konpensasiyası səfərbərlik qərarının hesabına mümkün ola bilər. Moskvanın itkiləri hər ötən gün daha da artır. Ukrayna da itki verir. Lakin nəzərə almaq lazımdır ki, Ukrayna işğala qarşı mübarizə aparır, Rusiyanın isə özü işğalçıdır. Həm referendum, həm də səfərbərlik qərarı Rusiyanın işğalçı müharibə apardığını qəbul etdiyini göstərir. Doğrudur, Rusiyanın apardığı müharibəni şovinist və ultramillətçi təbəqə dəstəkləsə də, heç də bütün cəmiyyətin bu fikirdə olmadığını görə bilirik. Səfərbərlik fonunda insanların ölkədən qaçması, işğalçı müharibədə ölmək istəməməsi bunu sübuta yetirir. Ukrayna öz torpaqlarının müdafiəsi uğrunda döyüşür. Rusiya hakimiyyətinin isə insanların döyüş ruhunu artırmaq üçün əlində heç bir vasitəsi yoxdur. Rusiya din mübarizəsi aparmır, döyüşən tərəflərin hər ikisi də provaslavlardır. Bu, etnik müharibə də deyil,. Çünki tərəflərin ikisi də  slavyan kökənlidir. Yaxud işğalçı müharibə də adlandıra bilmərik. Çünki Rusiya özü işğalçıdır. Bütün bunların fonunda insanların müharibəyə getmək istəməməsi və ölkədən qaçmağa çalışması başadüşüləndir”.

Ermənistan-Azərbaycan dövlət sərhədində baş verənlər Kremlin növbəti şousudur" - TURAN RZAYEV

Politoloqun sözlərinə görə, Rusiya tarixində bu günə qədər hərbi çevriliş məsələsi olmayıb: “Kremlin özündə oturuşmuş siyasi kurs var və liderlər dəyişdirilə bilir. Putin müharibəyə qədər Kreml üçün arzuolunan lider idi. Amma etdiyi səhvlər anti-Putin koalisiyasının yaranmasına gətirib çıxardı. Etnik və dini baxımdan eyni olan millətə qarşı müharibəyə başlaması və beynəlxalq hüququ kobud şəkildə pozması Putini gözdən saldı. Əslində hazırda Putinə qarşı geniş propaqanda başladılıb. Mübarizə isə iki istiqamətdə aparılır. Aşağı təbəqədən olan mübarizəyə xalq qoşulub. Bunu Qərbin dəstəklədiyi bir təbəqə hesab etmək olar. Onlar daha çox demokratik Rusiya görmək istəyirlər və Qərbə inteqrasiyaya çalışırlar. Digər tərəfdən isə ultra sağçı qüvvələr var ki, onlara daha çox ordu mənsubları aiddir. Məlumdur ki, ordu daxilində də Putinin vəzifədən getməsini istəyən kifayət qədər insan var”.

Turan Rzayev bildirib ki, proseslərin belə davam etməsi Rusiyada hakimiyyət çevrilişinə gətirib çıxara bilər: “Bu gün Putinə qarşı hərbi çevrilişin olacağını demək doğru deyil. Amma belə bir plan var və Kreml rəhbərinə qarşı sui-qəsdlərin də olduğu bildirilir. Aydındır ki, bu sui-qəsdlərin arxasında hərbçilər dayanır. Rusiyanın müharibədə davamlı məğlubiyyəti və prosesin uzadılması Putin hakimiyyəti üçün ciddi təhdiddir. Bu, Putinin ordu tərəfindən devrilməsinə gətirib çıxara bilər. Müharibənin sonrakı nəticəsi bizə Putinin hakimiyyətdə qalıb-qalmayacağını göstərəcək. Çünki qaz məsələsi Avropanı Rusiyadan asılı vəziyyətə salır. Putini xalqın devirməsi ehtimalı azdır. Bunun üçün Qərbdən dəstək almaq lazımdır. Hazırda Rusiyada çevrilişi yalnız ordu edə bilər. Hakimyyəti təşkil edən qüvvələr ordudan ibarətdir. Hesab edirəm ki, indiki məqamda hakimiyyəti Rusiyada dəyişə biləcək qüvvə məhz ordudur. Qərbin əli ilə Putini xalqın devirməsi ehtimalı isə zəifdir. Çünki xalq arasında onun şəxsiyyətinə pərəstiş edənlərin sayı həddən artıq çoxdur”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

  • Tahir
    Sentyabr 23, 2022 - 21:13

    Hörmətli politoloq Turan müəllim. Səhv edirsiz. Ruslar provaslav, Ukraynalılar isə katolikdirlər. O düzdür ki, hər ikisi slavyandır.

    • Turk
      Sentyabr 24, 2022 - 13:03

      Xeyir Ukrayna milləti ancaq qərbi tərəf yaşayan bir hissəsi katolik və çoxsu pravoslav zəhmət olmasa tarixi oxumaq lazımdır

Tahir üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*