“Putinin AES ətrafında oynadığı oyunlar təhlükəlidir” – Aİbackend

"Putinin AES ətrafında oynadığı oyunlar təhlükəlidir" -

“Vladimir Putinin Ukraynanın atom elektrik stansiyaları ətrafındakı nüvə oyunları, nüvə silahından istifadə ilə hədələmələri son dərəcə təhlükəlidir və tamamilə qəbuledilməzdir”.

KONKRET.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının sözçüsü Piter Stano Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“Zaporojye AES-dəki vəziyyət və Rusiyanın onun ətrafında hərbi hərəkətləri ilə bağlı Putin öz nüvə oyununu oynayır. O, nüvə elementindən öz terror arsenalının bir hissəsi kimi istifadə edir. Bu, qəbuledilməzdir”, – o bildirib.

Piter Stanonun sözlərinə görə, nüvə silahından istifadə təkcə Ukrayna üçün yox, bütün Avropa və Asiya üçün təhlükəlidir: “Beynəlxalq ictimaiyyət bunun qarşısını almaq üçün Rusiyaya təzyiq göstərməlidir. Bu mövzu BMT Baş Assambleyasında müzakirə olunmalıdır. Dünyanın siyasi liderləri bu böhrandan çıxmaq və Ukrayna da daxil olmaqla, sülhü bərpa etmək üçün bir yol tapmalıdırlar”.

Aİ nümayəndəsi, həmçinin söyləyib ki, Putin sülhdə maraqlı deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*