Putinin köməkçisi: SSRİ iyrənc yalan idibackend

Putinin köməkçisi: SSRİ iyrənc yalan idi

Sovet hakimiyyəti iyrənc yalan idi.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubays deyib.

“Səhər tezdən radionu qoşursan və sevincli səs eşidirsən: “Salam, uşaqlar”. Bax, birincidən sonuncu sözə qədər iyrənc yalan idi. Hər kəs bunun yalan olduğunu yaxşı başa düşürdü. Oxşar yalan dövlət həyatının bu aspektlərində müşahidə edilirdi”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bundan öncə SSRİ-nin çöküşünü XX əsrin ən böyük fəlakəti adlandırmışdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*