Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıbbackend

Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıb

Rusiya prezidenti Vladimir Putinin Mariupola səfəri əvvəlcədən planlaşdırılmayıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü bildirib ki, Putinin Mariupola bütün səfəri, onun şəhər ətrafında hərəkəti planlaşdırılmayıb: “Kortej olmayıb, prezident maşın sürərkən bütün yol qaydalarına əməl edib. Ümumiyyətlə, bu, tammiqyaslı işgüzar səfər idi”.

Kreml rəsmisi Putinin Rostov-na-Donudakı Xüsusi Hərbi Əməliyyatın komanda məntəqəsinə səfərinin də əvvəlcədən planlaşdırılmadığını, əsas məqsədin məntəqənin işini adi rejimdə yoxlamaq ibarət olduğunu söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*