Putinlə Kim Çen In arasında görüş keçirildi – Videobackend

Putinlə Kim Çen In arasında görüş keçirildi - Video

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Amur vilayətində “Vostoçnıy” kosmodromunda görüşüblər.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, iki lider arasında həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar gözlənilir.

Kremlin rəsmi sözçüsü Dmitri Peskovun daha əvvəl verdiyi açıqlamaya görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq, eləcə də regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Şimali Koreya lideri Putinin dəvəti ilə sentyabrın 12-si Rusiyaya səfər edib.

Qafqazinfo

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*