backend

Putinlə Lukaşenko xizək sürdülər - VİDEO

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün baş tutan danışıqlardan sonra “Krasnaya Polyana” dağ-xizək kompleksində xizək sürüblər.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, prezidentlər qar motosikletləri ilə yamaclardan birinə eniblər. Ölkə başçıları “Krasnaya Polyana”da dincələnləri salamlayıblar.

Qeyd edək ki, Lukaşenko bir neçə gün əvvəl Rusiyaya səfər edib. Onun bu gün Soçidə Putinlə görüşü olub. Görüş əsnasında Rusiya Prezidenti belaruslu həmkarını xizək sürməyə dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*