Qaçırtdığı qızı 14 il girov SAXLADIbackend

Qaçırtdığı qızı 14 il girov SAXLADI

Rusiyanın Çelyabinsk vilayətinin sakini 2009-cu ildən Smolino kəndindəki evində qızı girov saxlayıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.

Qeyd olunub ki, qızı qaçıran kişi hazırda xəstəxanadadır.

Belə ki, polisə qızın bacıdan məlumat daxil olub.

O bildirib ki, bir kişi 2009-cu ildən 2023-cü il iyulun 30-dək onun 1990-cı il təvəllüdlü bacısını zorla saxlayıb.

Hazırda həmin şəxsə qarşı iki cinayət işi açılıb.

Qeyd olunub ki, hadisə yerinə baxış zamanı yardımçı tikililərdə insan qalıqları aşkarlandığı üçün şübhəlinin 2010-2011-ci illərdə törədilmiş naməlum qadının qətlində əli ola bilər.

Onun barəsində “Adam oğurluğu” və “Qətl” maddələri ilə iş başlanıb.

“Hazırda həmin şəxs tibb müəssisəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarəti altındadır. Rusiya İstintaq Komitəsinin müstəntiqləri sübut bazasının toplanmasına yönəlmiş istintaq hərəkətləri aparırlar”, – Çelyabinsk vilayəti üzrə İstintaq Komitəsinin məlumatında deyilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*